BAKI, 29 may. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri son bir həftə ərzində cəbhənin müxtəlif istiqamətlərində xeyli sayda canlı qüvvə və hərbi texnika itirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin həftəlik hesabatında bildirilib.
Məlumata görə, "Şimal", "Şərq" və "Dnepr" qoşun qruplaşmalarının məsuliyyət zonalarında baş verən döyüşlərdə Ukrayna tərəfi ümumilikdə 3 590-dan çox hərbi qulluqçusunu itirib. Dövlət nazirliyindən həmçinin qeyd olunub ki, son yeddi gün ərzində qarşı tərəfə məxsus onlarla zirehli döyüş maşını, hərbi avtomobil, çöl artilleriya qurğusu və radiomüdafiə (REB) stansiyası sıradan çıxarılıb.
Həftə ərzində Rusiya hava hücumundan müdafiə (HHM) vasitələri tərəfindən Ukrayna ordusuna məxsus 2 628 ədəd təyyarə tipli pilotsuz uçuş aparatı (PUA), Böyük Britaniya istehsalı olan 3 ədəd "Storm Shadow" və Fransa istehsalı olan 3 ədəd "SCALP" qanadlı raketi, həmçinin ABŞ-nin 23 ədəd "HIMARS" reaktiv mərmisi və 44 ədəd idarəolunan aviasiya bombası vurularaq zərərsizləşdirilib.
Rusiya hərbi qurumunun rəsmi statistikasında qeyd olunub ki, müharibə başlayan gündən bəri Ukrayna tərəfinə məxsus ümumilikdə 671 təyyarə, 284 helikopter, 153 mindən çox PUA, 661 zenit-raket kompleksi və 29 500-dən çox tank və digər zirehli texnika məhv edilib.