BAKI, 2 aprel. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri işğal edilmiş Krım yarımadasında yerləşən Kirovske hərbi aerodromunda Rusiya ordusunun “Orion” ağır PUA bazasını, An-72P təyyarəsini və “Meç” radiolokasiya stansiyasını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib.

O deyib ki, “Orion” 24 saat havada qala, 250-300 km dərinlikdə fəaliyyət göstərə və 7,5 km hündürlükdə 250 kq-a qədər sursat daşıya bilir:

“Bu Kirovske aerodromunda yerləşən bu baza tamamilə məhv edilib. 4 ədəd “Orion”un məhv edilməsi təsdiqlənib. Həmçinin orada An-72P nəqliyyat təyyarəsi və sovet istehsalı P-37 “Meç” dairəvi müşahidə radiolokasiya stansiyası aşkar edilərək məhv edilib”.