BAKI, 2 aprel. TELEQRAF
Rusiya Müdafiə Nazirliyi müharibə başlayandan bəri üçüncü dəfədir iddia edir ki, Ukraynanın Luqansk vilayəti tam ələ keçirilib. Bu iddiası da doğru deyil.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
ISW-nin bildirdiyinə görə, Rusiya ordusu hazırda Luqanskın 99,84 faizinə nəzarət edir, vilayətin qalan son iki yaşayış məntəqəsi Nadiya və Novoiehorivka hələ də Ukrayna qoşunlarının nəzarətindədir.
ABŞ analitiklərinin fikrincə, Kreml bölgədəki kiçik dəyişiklikləri şişirdir və Rusiya qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində hərəkətləri barədə yanlış təəssürat yaradır.
ISW hesab edir ki, bu cür şişirdilmiş iddialar Ukraynanı Donetsk vilayətinin işğal olunmamış hissələrini güzəştə getməyə məcbur etmək üçün “təcililik hissi” yaratmağa yönəlmiş koordinasiyalı informasiya kampaniyasının bir hissəsidir.