BAKI, 1 aprel. TELEQRAF

“Rusiya ordusu cəbhədə hücum fəaliyyətini gücləndirməyə çalışır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin məruzəsindən sonra deyib.

Zelenskinin sözlərinə görə, “hazırda cəbhədə vəziyyət kifayət qədər gərgindir, Rusiya hücumu gücləndirməyə çalışır: “Amma bu, yalnız onların itkilərinin artmasına səbəb olur və bizim əməliyyat planlarımızı pozmur”.

Prezident vurğulayıb ki, Rusiya qüvvələri Sumı, Xarkov və Donetsk istiqamətlərində qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib, tez-tez vaxt cədvəlində dəyişiklik etməyə məcbur olur.

O əlavə edib ki, Ukrayna bölmələri cənub istiqamətində verilən tapşırıqları yerinə yetirməyə davam edir.

Volodimir Zelenski həmçinin Aleksandr Sırski ilə Rusiyanın dərinliyinə zərbələrlə bağlı tapşırıqları müzakirə etdiyini açıqlayıb.