BAKI, 20 mart. TELEQRAF

İsveçrə ABŞ-yə silah və hərbi təyinatlı məhsulların ixracı üçün icazələrin verilməsini dayandırıb.

Teleqraf xəbər verir ki, bu qərar ABŞ və İsrailin İranla davam edən hərbi münaqişədə iştirak etməsi ilə əlaqələndirilir.

Cümə günü İsveçrə hökuməti tərəfindən yayılan rəsmi bəyanatda ölkənin neytrallıq prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb:

"İranla beynəlxalq silahlı münaqişədə iştirak edən ölkələrə hərbi sursatların ixracına bu münaqişə davam etdiyi müddətdə icazə verilə bilməz".

Qeyd edək ki, İsveçrə qanunvericiliyinə görə, ölkənin daimi neytrallıq statusu onun müharibə aparan dövlətlərə silah satmasını məhdudlaşdırır.