BAKI, 20 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Belarusa "böyük sövdələşmə" təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.

Belarus liderinin sözlərinə görə, təklif olunan sövdələşmədə Minsk və Vaşinqton arasında aparılan danışıqlar zamanı müzakirə olunan bütün əsas məsələlər öz əksini tapacaq. Lukaşenko bildirib ki, tərəflər artıq sənədin hazırlanması mərhələsindədir:

"Biz amerikalılarla bu böyük müqaviləyə hazırlaşırıq", - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, sözügedən müqavilənin detalları və konkret hansı sahələri əhatə edəcəyi barədə hələlik rəsmi məlumat verilməyib.