BAKI, 16 mart. TELEQRAF
“Gürcüstan hökuməti düzgün istiqamətdə getmir. Avropa İttifaqı (Aİ) bu fonda nə edə biləcəyimizi düşünür”.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclasından əvvəl deyib.
“Əlbəttə, bu gün Gürcüstan məsələsini də müzakirə edəcəyik. Gürcüstanda vəziyyət daha da ciddiləşir. Diplomatlar üçün viza qadağası martın 6-dan qüvvədədir. Başqa nə edə biləcəyimizi müzakirə edəcəyik. Gürcüstan hökuməti düzgün istiqamətdə getmir”, - Kaya Kallas bildirib.