BAKI, 12 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar zamanı ABŞ-nin Kiyevə Rusiyadan daha çox təzyiq göstərdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Politico”ya verdiyi müsahibədə danışıb.
“Bizə danışıqlar lazımdır, bu prosesi dəstəkləyirik. Ümid edirəm ki, onlar (ABŞ - red.) bizə kömək edəcəklər. Rusiyaya daha çox təzyiq lazımdır, bizə, mənə yox”, - Zelenski deyib.
Ukrayna lideri əlavə edib ki, Ukrayna ABŞ-nin tələb etdiyi bəzi güzəştlərə razılıq verib.