BAKI, 2 noyabr. TELEQRAF
Almaniya və Böyük Britaniya 2032–2035-ci illərdə ən azı 2 min kilometr məsafə qət edə bilən iki yeni zərbə raketi hazırlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Tərəflər Ukraynadakı müharibənin Avropa ölkələrinin hərbi imkanlarındakı çatışmazlıqları üzə çıxardığını və ABŞ-nin Avropaya uzunmüddətli dəstəyi ilə bağlı qeyri-müəyyənliyin öz silahlarını hazırlamağı zəruri etdiyini bildiriblər.
Razılaşmaya əsasən, Böyük Britaniya radarlara çətin görünən və alçaqdan uçan qanadlı raket hazırlayacaq. İlk nümunələrin təxminən beş ildən sonra hərbi qüvvələrə təhvil verilməsi planlaşdırılır.
Almaniya isə səs sürətini dəfələrlə üstələyən hipersəs raketi hazırlayacaq. Bu raketin 2035-ci ilədək silahlanmaya qəbul edilməsi nəzərdə tutulur.