BAKI, 2 noyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələlərini müzakirə edə bilməz”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski üç liderin Çində mümkün görüşünü şərh edərkən deyib.
“Əlbəttə, bu ölkələrin liderlərinin bir-biri ilə müzakirə etməli olduqları məsələlər var. Amma xüsusilə, Ukraynanın suverenliyi və ərazi bütövlüyü kimi mühüm məsələləri müzakirə edə bilməzlər. Bu məsələlər yalnız Ukraynaya aiddir”, - Zelenski vurğulayıb.
O qeyd edib ki, müharibənin başa çatdırılması ilə bağlı razılaşma yalnız müharibədə birbaşa iştirak edən tərəflər arasında aparılan danışıqların nəticəsində əldə edilə bilər.
Volodimir Zelenski hesab edir ki, yalnız bu formatda effektiv və yekun razılaşmaya nail olmaq mümkündür.