BAKI, 10 dekabr. TELEQRAF

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini razılaşdırıblar.

Teleqraf xəbər verir ki, bu barədə Avropa mediası məlumat yayıb.

Məlumata görə, yeni paket çərçivəsində Rusiyadan neft daşınması ilə əlaqəli 9 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq ediləcək. Bundan əlavə, sanksiya siyahısına daha 43 ədəd gəminin daxil edilməsi nəzərdə tutulur.

Sanksiyalar paketinin dekabrın 15-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiq olunacağı gözlənilir.