BAKI, 28 oktyabr. TELEQRAF

“Rusiya ordusu əsas zərbə qüvvələrini Pokrovsk istiqamətində cəmləşdirib, burada şiddətli döyüşlər davam edir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Şəhərdə döyüşlər davam edir: bu, onların əsas məqsədidir - Pokrovsk. Bu istiqamətdə qüvvələrimizin əldə etdiyi hər bir nəticə bütün Ukraynanın müdafiəsində qazanılan nəticədir”, - Zelenski vurğulayıb.