BAKI, 12 avqust. TELEQRAF

“Ukrayna Rusiyaya ərazi güzəştinə getməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Qorxu və güzəştlər xalqların həyatını təhlükəsiz etmir. Ukraynalılar çiyin-çiyinə dayandıqca, ordu və dövlətə kömək etdikcə Rusiyanın Ukrayna ərazilərini mənimsəmək xülyası xülya olaraq qalacaq”, - dövlət başçısı bildirib.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın “The Daily Telegraph” nəşri Ukrayna Prezidentinin Rusiyaya ərazi güzəşti edəcəyi barədə məlumat yaymışdı.