BAKI, 8 iyun. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev Ukraynanın Dnepropetrovsk vilayətində Rusiya ordusunun irəliləməsinə münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Medvedev qeyd edib ki, münaqişənin siyasi yolla həlli üçün aparılan danışıqlarda real hərbi vəziyyəti nəzərə almaqdan imtina edən tərəflər, bu reallıqlarla birbaşa yerindədöyüş meydanında qarşılaşacaq:
“Kim müharibənin reallıqlarını danışıqlarda tanımaq istəmirsə, onları torpaqda yəni döyüş meydanında əldə edəcək.”