​BAKI, 8 iyun. TELEQRAF

Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa Komissiyasının tövsiyəsi ilə polis səlahiyyətlərinin məhdudlaşdırılmasının ölkə vətəndaşları üçün ciddi problemlər yaratdığını bildirib.

Teleqraf xəbər verir ki, o, parlamentdən Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin yenidən genişləndirilməsini tələb edib.

Vuçiç vurğulayıb ki, ədalətin qeyri-bərabər paylanması və polisin səlahiyyətlərinin azaldılması ölkədə problemlərə səbəb olur.

"Bu addım Avropa İttifaqının “islahat” adı altında həyata keçirilib və dövlət strukturları üzərində təsiri asanlaşdırmaq məqsədi daşıyır. Polis səlahiyyətlərinin prokurorluğa verilməsi yanlışdır və bu vəziyyət vətəndaşların hüquqlarının qorunmasını çətinləşdirir", - o qeyd edib.