BAKI, 6 iyun. TELEQRAF

Rusiya bu ilin əvvəlindən indiyədək 3200-dən çox mülki pilotsuz uçuş aparatı (PUA) istehsal edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin müavini Vitali Savelyev Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ildə PUA istehsalı 2023-cü illə müqayisədə 2,5 dəfə artıb. Milli layihəyə əsasən, 2030-cu ilə qədər 46 min PUA istehsalı planlaşdırılır və yerli dronlar bazarın 70%-ni əhatə etməlidir.

Savelyev bildirib ki, ilin sonunadək 20-dən çox dronport istifadəyə veriləcək. Hazırda isə 8 regionda 31 dronport artıq quraşdırılıb.