BAKI, 4 iyun. TELEQRAF
Avropa rəsmiləri Brüsseldə ən pis ssenarilər istisna olunmaqla, müdafiə, ticarət və Ukraynaya dəstək mövzusunda ABŞ prezidenti Donald Trampla sərt danışıqlara hazırlaşırlar.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr bir avropalı diplomatdan sitat gətirərək qeyd edib: “Seçim pis nəticə ilə çox pis nəticə arasındadır”.
Ən narahatedici mövzular Kiyevə hərbi yardımın mümkün qədər azaldılması və NATO öhdəliklərinə yanaşmanın dəyişdirilməsidir.
Nəşrə görə, bu məsələlər NATO-nun iyunun sonunda keçiriləcək sammitində qaldırıla bilər.
Tramp əvvəllər də ABŞ-nin müttəfiqlərinin müdafiə xərclərinin səviyyəsini dəfələrlə tənqid edib.
O həmçinin NATO-ya üzv olan bütün ölkələrdən bu sahədə xərclərini ÜDM-in 5 faizinə çatdırmağı istəyib.