BAKI, 27 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini sərt tənqid edib.

Teleqaraf xəbər verir ki, o bu barədə şəxsi "Truth Social" sosial şəbəkə hesabındakı paylaşımda yazıb.

Qeyd edib ki, Putin bundan öncə onun prezidentliyi dövründə daha təmkinli davranırdı və baş verə biləcək bəzi hadisələrin qarşısı Trampın dəstəyi ilə alınıb:

“Putinin başa düşmədiyi odur ki, mən olmasaydım, Rusiyanın başına çoxlu dəhşətli hadisələr gələcəkdi”, - deyə o bildirib.

ABŞ lideri Rusiya prezidentinə xəbərdarlıq edərək, hədələyib: “O, odla oynayır”.