BAKI, 27 may. TELEQRAF

Rusiya Sumı vilayətində dörd yaşayış məntəqəsini ələ keçirib və vilayətin dərinliklərinə doğru irəliləməyə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün düşmən Sumı ərazisində Yunakovka qromadasının Novenkoe və Basovka, həmçinin Xotin qromadasının Veselovka və Juravka yaşayış məntəqələrini ələ keçirib", - paylaşımda deyilir.

Qeyd olunur ki, adı çəkilən kəndlərin sakinləri çoxdan təxliyə edilib. Hazırda mülki əhali üçün təhlükə yoxdur.

Qriqorovun sözlərinə görə, Rusiya qüvvələri bufer zonası yaratmaq üçün irəliləmək cəhdlərini davam etdirirlər.

Bildirilir ki, Ukrayna hərbçiləri Belovodı kəndindən geri çəkildikdən sonra Sumıdakı əsas marşrutlardan birinə nəzarət etmir.