BAKI, 26 may. TELEQRAF
Polşada prezidentliyə namizədlərin birlikdə barda pivə içməsi rezonans doğurub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Varşava meri və Mülki Koalisiya (KO) partiyasının namizədi Rafal Tşaskovski, “Konfederasiya” koalisiyasının namizədi Slavomir Mentsen və siyasətçi Radoslov Sikorski birlikdə bar masasında pivə içərkən görüntüləniblər.
Görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub. Mühafizəkar seçicilər arasında Mentsenin bu addımı tənqid olunub. Onun tərəfdarları sosial mediada bu görüşü “ideoloji xəyanət” və “ikili oyun” kimi qiymətləndiriblər.
Mentsen isə görüşün qeyri-rəsmi xarakter daşıdığını və siyasətdə dialoqun vacib olduğunu bildirib.Tşaskovski isə “Bu, nəticələrə təsir etməyəcək, amma siyasətdə bir az sərbəstlik heç də is deyil”, deyə şərh verib.