BAKI, 25 may. TELEQRAF
Niderland Müdafiə Nazirliyi mayın 26-da Ukraynaya vəd edilən 24 ədəd F-16 qırıcısının sonuncusunun da göndəriləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bunu ölkənin müdafiə naziri Ruben Brekelmans deyib.
Nazirin sözlərinə görə, bu addım Niderlandın Ukraynaya hərbi dəstək öhdəliyini tam şəkildə yerinə yetirdiyini göstərir:
“Bu o deməkdir ki, vəd olunmuş 24 qırıcının hamısı yaxın günlərdə Ukraynada olacaq”.
Brekelmans həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı davam edən hücumlarla atəşkəslə bağlı hər hansı ciddi niyyətinin olmadığını nümayiş etdirir.
“Bu səbəbdən Rusiyaya təzyiqin artırılması və Ukraynaya maksimum dəstəyin göstərilməsi son dərəcə vacibdir”, – deyə nazir bildirib.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması məqsədilə Niderland pilot və texniki heyət üçün təlimlər təşkil edir, eyni zamanda hərbi doktrinalarını paylaşır.