​BAKI, 25 may. TELEQRAF

"Moskva ilə London arasındakı münasibətlər ultimatumlar verilmədiyi halda yaxşılaşa bilər".

Bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin "RİA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, əgər Britaniya hakimiyyəti daha düzgün üslubda danışmağı və qarşı tərəfin fikirlərini dinləməyi bacarsaydı, iki ölkə arasındakı münasibətlər daha yaxşı səviyyədə ola bilərdi:

"Əgər qarşılıqlı hörmət prinsipi əsas götürülsəydi, Avropada təhlükəsizliklə bağlı vəziyyət də müsbət istiqamətdə dəyişə bilərdi".

Qeyd edək ki, son illərdə Rusiya və Britaniya arasındakı münasibətlər Ukraynadakı münaqişə, sanksiyalar və diplomatik gərginlik fonunda xeyli soyuyub.