BAKI, 25 may. TELEQRAF
"Əgər Almaniya ordusuna qoşulan könüllülərin sayı kifayət qədər olmazsa, Berlin məcburi hərbi xidmətin bərpası məsələsinə baxacaq".
Teleqraf xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
“Bizim modelimiz əsasən könüllü iştirak prinsipi üzərində qurulub. Əgər könüllü müraciətlər kifayət qədər olmazsa, onda çağırışın məcburi olmasına dair qərar qəbul edilə bilər. Bu, bizim yol xəritəmizdir”, – Pistorius vurğulayıb.
Qeyd edək ki, Bundan əvvəl "Welt" qəzeti NATO və Bundesver dairələrindəki mənbələrə istinadən yazmışdı ki, Şimali Atlantika Alyansı Almaniyadan hərbçilərin sayını 2030-cu ilə qədər 180 mindən 240–260 min nəfərə qədər artırmağı tələb edir.
Hazırda Almaniya ordusu üçün müəyyən edilmiş hədəf 203 min hərbçidir. Lakin son iki il ərzində bu say azalıb.
Almaniya kansleri Fridrix Merts isə bildirib ki, orduya xidmət könüllü əsasda davam edəcək. O, daha əvvəl Ukraynadakı münaqişə ilə bağlı "illüziyalara qapılmamağın" vacibliyini də vurğulamışdı.