BAKI. 23 may. TELEQRAF
Rusiya Yerin ekologiyasının qorunması istiqamətində beynəlxalq səviyyədə mühüm addımlar atır.
Teleqraf xəbər verir ki, “İzvestiya”nın məlumatına görə, ölkənin bu sahədə əldə etdiyi nailiyyətləri Sankt-Peterburqda keçirilən XI Nevski Beynəlxalq Ekologiya Konqresinin plenar iclasında baş nazirin müavini Dmitri Patruşev açıqlayıb.
Patruşev bildirib ki, son altı ildə Volqa çayı və Baykal gölünün ətraf mühitin mühafizəsi məqsədilə 130-a yaxın təmizləyici qurğu inşa olunub. Eyni zamanda, yeni meşə plantasiyalarının sahəsi təxminən səkkiz milyon hektara çatdırılıb.
Ətraf mühitin mühafizəsi çərçivəsində həmçinin 300-ə yaxın tullantıların emalı müəssisəsi yaradılıb. “Ətraf mühitin rifahı” adlı yeni milli layihə çərçivəsində isə əlavə 400 obyektin, o cümlədən 50 zərərli obyektin ləğvini nəzərdə tuta tikinti işi planlaşdırılır.
“Rusiyanın ərazisinin böyüklüyünü nəzərə alaraq, biz təbii sərvətlərin qorunmasında üzərimizə düşən məsuliyyəti tam dərk edirik. Məhz bu səbəbdən inkişafımızı ətraf mühitə maksimum hörmət və diqqətlə davam etdirəcəyik”, - deyə Patruşev çıxışında vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Xəzər dənizinin dayazlaşmasının iqlim dəyişikliyi ilə əlaqəli olduğu bildirilmişdi.