BAKI, 23 may. TELEQRAF

Finlandiya parlamentinin baş katibi Antti Pelttari dövlətə xəyanət şübhəsi ilə ittiham olunur.

Teleqraf xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, Pelttari Təhlükəsizlik Polisinə (SUPO) rəhbərlik etdiyi dövrdə rəsmi cinayətlər törətməkdə şübhəli bilinir. İstintaq çərçivəsində işin milli təhlükəsizliklə əlaqəli dövlət sirrinin sızdırılması faktı kimi araşdırıldığı qeyd olunur.

"Yle" yazır ki, istintaq 2023-cü ilin yayında Rusiya kəşfiyyat xidmətləri tərəfindən həyata keçirilən və SUPO əməkdaşlarının “Rusiya agentləri” ilə əlaqə saxlamasını əhatə edən informasiya əməliyyatı ilə bağlıdır.

Finlandiya tərəfi son dövrlər təhlükəsizlik tədbirlərini gücləndirməkdədir.

Finlandiya Sərhəd Mühafizəsi daha əvvəl bildirmişdi ki, Rusiya ilə şərq sərhədində 4,5 metr hündürlüyündə inşa edilən sərhəd hasarının ilk 35 kilometrlik hissəsi artıq tamamlanıb. Bu addım sərhəddən artan miqrant axınının qarşısını almaq məqsədilə atılıb.