​BAKI, 22 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Serbiya Prezidenti Aleksandr Vuçiç ilə ikitərəfli əməkdaşlıq və regional əməkdaşlıq məsələlərini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında yazıb.

O bildirib ki, görüş zamanı xüsusilə "Ukrayna-Cənub-Şərqi Avropa" formatında qarşılıqlı fəaliyyət məsələləri diqqət mərkəzində olub:

"Bu formatı inkişaf etdirəcəyik ki, onun səmərəliliyi daha da artsın".

Prezidentlərin görüşü zamanı tədbirlər planı üzrə razılaşma əldə olunub və tərəflər daimi əlaqədə qalmaq barədə razılığa gəliblər.