BAKI, 22 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən imtina etməsi Avropa İttifaqı (Aİ) liderlərini şoka salıb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşr yazır ki, rusiyalı həmkarı Vladimir Putinlə söhbətindən sonra Tramp Aİ liderləri ilə telefon danışığı aparıb və söhbət zamanı Ukraynadakı müharibə ilə bağlı siyasətində kəskin dəyişikliyə işarə edib.
Almaniya hökumətindən “Bild”ə bildirilib ki, Tramp artıq Putindən 30 günlük atəşkəs razılaşması tələb etmir və Rusiyaya qarşı daha əvvəl avropalı müttəfiqlərinə söz verdiyi yeni sanksiyaları tətbiq etmək niyyətində deyil.
Mənbələrin bildirdiyinə görə, Trampla söhbətin iştirakçıları onun bu bəyanatından şoka düşüblər.
“Bu sözlərdən sonra hamı nəfəsini tutub və heç kim bunun ABŞ-nin Ukraynanı dəstəkləməkdən qəti şəkildə imtina etməsi demək olub-olmadığını aydınlaşdırmağa belə cəsarət etməyib”, - məlumatda deyilir.
“Bild”ə görə, əslində Donald Tramp Avropa İttifaqına Ukrayna və Rusiyanı tək qoymağı təklif edib