BAKI, 20 may. TELEQRAF

Ukrayna parlamenti (Ali Rada) müharibədə Rusiyaya açıq hərbi yardım edən Şimali Koreyanı təcavüzkar dövlət kimi tanıya bilər.

Teleqraf xəbər verir ki, bu barədə qanun layihəsinin müəlliflərindən biri, deputat Aleksey Qonçarenko məlumat verib.

“Ali Rada Şimali Koreyanı təcavüzkar dövlət kimi tanıya bilər. Mən həmkarlarımla birlikdə belə bir qətnamə layihəsini Radaya təqdim etmişəm”, - deputat qeyd edib.

Qonçarenkonun sözlərinə görə, Rada Pxenyana qarşı sanksiyaların gücləndirilməsi və təcavüzkar ölkə statusunun tanınması üçün müxtəlif beynəlxalq təşkilatlara da müraciət edəcək.

Xatırladaq ki, 2015-ci ilin yanvarında Ali Rada Rusiyanı təcavüzkar ölkə kimi tanıyan qətnamə qəbul edib.