BAKI, 19 may. TELEQRAF

Ukrayna Rusiya ilə müharibəni dayandırmaq memorandum imzalaya bilər.

Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski belə deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampla söhbətindən sonra Rusiya rəhbəri Vladimir Putin belə bir memorandumun hazırlandığını bəyan etmişdi.

Ukrayna Prezidenti bildirib: “Biz memorandumun rus versiyasını gözləyəcəyik”.

***

20.57

Rusiya Ukrayna ilə birgə sülh sazişi memorandumu üzərində işləməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə memorandum atəşkəsi və eləcə də münaqişənin nizamlanma yollarını əhatə edə bilər.

V.Putin görüşün konstruktiv keçdiyini bildirirək onun əhəmiyyətini yüksək qiymətləndirib.