BAKI, 19 may. TELEQRAF

Rus Dövlət Dumasının deputatı Anatoli Vasserman Konstitusiyadan prezidentin səlahiyyət müddəti barədə müddəanın çıxarılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası xəbər yayıb.

Deputatın fikrincə, səlahiyyət müddəti prezidentin yox, seçicilərin hüququnu məhdudlaşdırır və xüsusi hərbi əməliyyat dövrünün çağırışları və şərtləri ilə uyğun gəlmir.

O, konstitusiyada prezidentin səlahiyyət müddəti barədə maddəni "liberalların totalitar sektasının ehkamı" adlandırıb.