​BAKI, 18 may. TELEQRAF

"İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında Moskva diplomatik üstünlük qazanıb".

Teleqraf xəbər verir ki, bunu britaniyalı siyasi analitik Aleksandr Merkuris deyib.

“Son günlərdə baş verən hadisələrə necə yanaşsaq da, bu mürəkkəb və dolaşıq diplomatik oyunun qalibi aydındır. Qalib Vladimir Putin və Rusiyadır”, – Merkuris bildirib.

Analitik eyni zamanda qeyd edib ki, Rusiya Kiyev və onun Avropadakı tərəfdaşlarının atəşkəs təklifini öz maraqları üçün istifadə etməyə çalışdığını başa düşür. Bu səbəbdən Moskva atəşkəsə razılıq verməkdə tələsmir.