​BAKI, 16 may. TELEQRAF

Belqorod və Bryansk vilayətləri üzərində Ukraynaya məxsus yeddi pilotsuz uçuş aparatı məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə mayın 18-nə keçən gecə baş verib. Dörd dron Belqorod vilayəti, üçü isə Bryansk vilayəti üzərində vurulub.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.