BAKI, 17 may. TELEQRAF

Fransanın Mədəniyyət Naziri Kirill Serebrennikova Fəxri Legion Ordenini təqdim edib

Fransanın mədəniyyət naziri Raçida Dati məşhur rusiyalı rejissor Kirill Serebrennikova ən yüksək mükafat olan Fəxri Legion ordenini təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə fransalı nazir teleqram kanalında məlumat yayıb.

"Bu gün Kannda Fransanın mədəniyyət naziri Raçida Dati Kirill Serebrennikova Fəxri Legion ordenini təqdim edəcək", - məlumatda qeyd edilib.

Fəxri Legion Ordeni Fransanın ən yüksək mükafatı olaraq tanınır və milliyyətindən asılı olmayaraq hərbçilərə və mülki şəxslərə ölkə qarşısında müstəsna xidmətlərinə görə verilir.

Bundan əvvəl rus teatr və kino rejissoru Kirill Serebrennikovun şərti cəzası ləğv edilmişdi.

2020-ci ilin iyun ayında o, dələduzluq ittihamı ilə üç il şərti cəzaya məhkum olunmuşdu.