BAKI, 17 may. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanı NATO ölkələrinin məsləhətlərinə qulaq asmamağa çağırıb.
Telqraf xəbər verir ki, o, bu fikri teleqram kanalında yayımladığı bəyanatda bildirib.
Zaxarova münaqişənin həlli yolundan azmaması üçün Ukraynanı Qərbin təsirinə düşməməyə çağırış edib.
Zaxarova Ukrayna XİN rəhbəri Andrey Sıbiqanın 1000 formatında hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı qərarı müsbət qiymətləndirməsinə cavab olaraq, bu ideyanın Rusiyaya məxsus olduğunu xatırladıb.
O bildirib ki, bütün bunlar (əsirlərin dəyişdirilməsi) Rusiya prezidenti tərəfindən təklif edilib və dövlət başçısının səlahiyyət verdiyi nümayəndə heyəti tərəfindən həyata keçirilib.