BAKI, 16 may. TELEQRAF
Albaniya Baş naziri İtaliyanın Baş naziri Ciorcia Meloninin qarşısında diz çökdü
Teleqraf xəbər verir ki, hadisə Avropa Siyasət Birliyinin 6-cı Zirvə toplantısının açılış mərasimində qonaqların qarşılanması zamanı baş verib.
Baş nazirin qeyri-adi jesti xanım baş naziri təəccübləndirib. Xüsusi qarşılama əməliyyatı sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.