BAKI, 15 may. TELEQRAF

Türkiyə və Ukrayna prezidentlərinin bu gün keçiriləcək görüşündə ikitərəfli münasibətlər və Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

“Prezident Rəcəb Tayyib Ərdoğan bu gün ölkəmizə işgüzar səfərə gələcək Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Rusiya-Ukrayna müharibəsi kontekstində baş verən son hadisələrin bütün aspektlərini müzakirə edəcək. Səfər zamanı keçiriləcək təkbətək və nümayəndə heyətləri arasında görüşlərdə dövlət başçımız ölkəmizin atəşkəsin əhəmiyyətini və sülh danışıqlarına başlanılmasının vacibliyini vurğulayacaq. Görüşlər zamanı həmçinin ikitərəfli gündəliyimizə daxil olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, - Türkiyə rəsmisi bildirib.