BAKI, 12 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşləri ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı barış və sülhün əldə edilməsi istiqamətində ən yüksək səviyyəli görüşlərə ev sahibliyi etməyə çağırıb. O, bu addımın böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib ki, Ərdoğan ən yüksək səviyyəli toplantılara ev sahibliyi edə bilər. "Yardım edən hər kəsə təşəkkür edirik” ifadəsini işlədib.

Eyni zamanda, Zelenski ABŞ Prezidenti Donald Trampın bu görüşə qatılmasının da öz ölkəsi üçün müsbət bir addım olacağını qeyd edib.

"Trampın Türkiyədəki toplantıda bizimlə birlikdə olarsa, məmnuniyyət duyarıq. Bu, doğru bir ideyadır. Çox şeyi dəyişdirə bilərik," - deyə Zelenski əlavə edib.

Zelenskinin bu açıqlamaları, tərəflər arasında gərginliyin azaldılması və atəşkəsin bərpası üçün daha geniş beynəlxalq dəstəyin əldə edilməsi məqsədini daşıyan yeni diplomatik addımların atılacağına işarə edir.