BAKI, 12 may. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Tibb Bacıları Şurası (ICN) və tərəfdaşlar tərəfindən dərc edilmiş “Dünya Tibb Bacısının Durumu 2025” hesabatına əsasən, qlobal tibb bacısı işçi qüvvəsi 2018-ci ildəki 27,9 milyondan 2023-cü ildə 29,8 milyona qədər artıb.

Teleqraf xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

ÜST-nin 194 üzv dövlətindən əldə edilən məlumatlara əsasən, tibb bacısı işçi qüvvəsi çatışmazlığı 2020-ci ildə 6,2 milyon olub, 2023-cü ildə isə bu rəqəm 5,8 milyona enib.

ÜST-nin proqnozlarına əsasən, 2030-cu ilə qədər isə bu göstəricinin 4,1 milyona düşəcəyi gözlənilir.