BAKI, 21 aprel. TELEQRAF
"İsveç Avropanın müdafiə qabiliyyətini artırmaq üçün təşəbbüs göstərməlidir".
Teleqraf xəbər verir ki, bunu Aİ-nin müdafiə komissarı Andrus Kubilius deyib.
Kubilius hökumət və müdafiə sənayesi nümayəndələri ilə danışıqlar aparmaq üçün İsveçə səfər edib.
"İsveç çox güclü müdafiə sənayesinə malikdir və genişmiqyaslı yenidən silahlanma həyata keçirir, ona görə də bu, digər üzv ölkələr üçün yaxşı nümunədir", - Andrius Kubilius bildirib.