​BAKI, 20 aprel. TELEQRAF

Rusiyanın Çelyabinsk vilayətinin Vasilovka qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın nəticəsində dörd azyaşlı uşaq həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı uşaqlar evdə tək olub. Həlak olanların 12 yaşlı qız, 7 və 5 yaşlarında olan üç oğlan (iki əkiz qardaş) olduğu bildirilib.

Yanğın ümumilikdə 160 kvadratmetr sahəni əhatə edib. Alovun söndürülməsinə 23 nəfərlik yanğınsöndürən heyət cəlb olunub.

Çelyabinsk vilayətinin İstintaq Komitəsindən bildirib ki, hadisə ilə bağlı “ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma” maddəsi ilə cinayət işi açılıb.

Hazırda yanğının səbəbləri araşdırılır.