BAKI, 20 aprel. TELEQRAF
Çanaqqala boğazında səhər saatlarında müşahidə olunan qatı duman səbəbindən görünüş məsafəsi xeyli azalıb.
Teleqraf yerli KİV-lərə istinadən xəbər verir ki, boğazda tranzit gəmi hərəkəti hər iki istiqamət üzrə müvəqqəti olaraq dayandırılıb.
Çanaqqala Boğazı Gəmi Nəzarət Xidmətləri tərəfindən həm şimal, həm də cənub istiqamətində hərəkətdə olan gəmilərin kapitanlarına yerli vaxtda saat 08:00-dan etibarən boğazın tranzit keçidlərə bağlandığı barədə radio elan verilib.
Qeyd olunub ki, dumanın təsirini itirməsinin ardından gəmi hərəkətinin normallaşacağı gözlənilir.
Digər tərəfdən Boğaz və adalar xətti üzrə sərnişin gəmilərinin reysləri adi qaydada davam edir.