
BAKI, 22 mart. TELEQRAF
Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun terror istintaqı çərçivəsində dindirilməsi başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Əkrəm İmamoğlunun polis idarəsində ifadə verməsi 5 saat davam edib.
Bələdiyyə sədri və digər şübhəlilərin axşam saatlarında məhkəməyə çıxarılacağı gözlənilir.
Xatırladaq ki, Əkrəm İmamoğlu və bələdiyyənin 100-dən çox əməkdaşı terror təşkilatına yardım və korrupsiyada ittiham olunur.