BAKI, 20 mart. TELEQRAF

Rusiya və Ukrayna arasında enerji obyektlərinə qarşı hücumların qarşılıqlı dayandırılmasına dair razılaşmanın təfərrüatı hələ də məlum deyil.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" nəşri mənbəyə istinadən məlumat yayıb.

“Hələlik biz enerji obyektləri üzrə qarşılıqlı atəşkəs barədə prinsipial razılığa gəlmişik, lakin hələ də detalları dəqiqləşdirmək lazımdır”, - mənbə nəşrə bildirib.

Mənbə qeyd edib ki, Ukrayna prinsipcə tam atəşkəsə razıdır və buna görə də enerji obyektlərinə zərbələrdən qarşılıqlı imtina ilə razılaşacaq. Bununla yanaşı, Kiyev vurğulayır ki, razılaşmalara əməl olunmasına nəzarət məsələsi açıq qalır.