
BAKI, 19 mart. TELEQRAF
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
Teleqraf xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə 6-sı kişi və 4-ü qadın olmaqla, 10 nəfər xilas edilib, həmçinin 6 cəsəd çıxarılıb.
Qəza nəticəsində itkin düşən 40-dək miqrantın axtarışı davam edir.
Xatırladaq ki, ötən gün Lampeduza adasına 5 qayıqla, ümumilikdə, 213 miqrant gəlib. Hazırda adadakı miqrant düşərgəsində 230 nəfər var.