BAKI, 19 mart. TELEQRAF

Rusiya və Ukrayna əsirlərin mübadiləsi prosesinə başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə “MIG of Russia” teleqam kanalı məlumat yayıb.

Məlumatda qarşılıqlı olaraq 175 hərbi əsirin dəyişdirildiyi və 22 ağır yaralı olan ukraynalı əsgərinin Kiyevə təhvil verildiyini bildirilib.

Mübadilə ilə bağı digər təfərrüatlar açıqlanmır.

Rusiya Prezidenti Vladimir Putin martın 18-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı daha bir əsir mübadiləsinə razılaşıb.