BAKI, 19 mart. TELEQRAF

Rumıniyanın Prezident administrasiyası 2015-2025-ci illərdə Prezident Klaus Yoxannisin başçılıq etdiyi nümayəndə heyətlərinin xaricə xüsusi uçuşlarına dair xərclərini aşkara çıxarıb.

Teleqraf "Agerpres"-ə təqdim olunan sənədə əsasən xəbər verir ki, 193 gediş-gəliş reysi dövlət xəzinəsinə 113 milyon leidən (22,6 milyon avro) çox başa gəlib.

Bir sıra Rumıniya siyasətçiləri, o cümlədən qarşıdan gələn may seçkilərində prezidentliyə namizədlər Corc Simion, Elena Laskoni və Nicusor Dan bu rəqəmə hiddətlə reaksiya veriblər.

Rumıniya prezidenti səlahiyyətlərini icra edən İliye Bolojan cümə günü bildirib ki, o, prezident administrasiyasının fəaliyyəti ilə bağlı bütün məlumatları, o cümlədən əvvəlki illəri ictimaiyyətə açıqlayacaq.

Bu yolla o, jurnalistlərin keçmiş Prezident Klaus Yohannisin xarici səfərlər üçün dəbdəbəli şəxsi təyyarələrin icarəyə götürdüyü xərcləri açıqlayıb.