BAKI, 18 mart. TELEQRAF

Çexiyanın xarici işlər naziri Yan Lipavski ABŞ hökumətinin "Azadlıq radio"larına ayrılan maliyyənin azaldılması qərarından sonra, bu media qurumuna mümkün Avropa dəstəyinin müzakirə edəcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"ABŞ Prezidenti Donald Tramp administrasiyasının həftəsonu Konqres tərəfindən təsdiqlənən maliyyələşməni kəsməsi nəticəsində "Azadlıq Radio"sunun gələcəyi qeyri-müəyyəndir. ABŞ-də hadisələrin necə inkişaf edəcəyini və bunun ehtimalını bilmirik. Buna görə də gözləntilərimizə aydınlıq gətirməliyik, amma hər hansı bir addım atmaq üçün siyasi iradə lazımdır", - o qeyd edib.

Xatırladaq ki, Tramp dövlət büdcəsindən maliyyələşən yeddi təşkilatda, o cümlədən "Azadlıq Radio"larında ciddi ixtisarlar aparılması və büdcələrinin əhəmiyyətli dərəcədə azaldılması barədə fərman imzalayıb.