
BAKI, 17 mart. TELEQRAF
Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunarsa, əhəmiyyətli sayda ölkə Ukraynaya sülhməramlılar göndərməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Baş Nazirinin Ofisinin nümayəndəsi mətbuata bildirib.
O söyləyib ki, martın 20-də Qərb hərbi rəsmiləri Ukraynanı müzakirə etmək üçün Böyük Britaniyada görüşəcəklər.
Sözçü bildirib ki, Rusiya və Ukrayna arasında sülh razılaşması əldə olunarsa, hərbi rəsmilər Ukraynanı qorumaq üçün sülhməramlı qüvvələrin tərkibində növbəti əməliyyat mərhələsini müzakirə edəcəklər.
Bundan başqa, sözçüsü Ukraynaya dəstək üçün koalisiyaya 30-dan çox ölkənin qoşulmasının gözlənildiyini bildirib.