BAKI, 16 mart. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşünün müsbət keçdiyini və üç-dörd saat davam etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Uitkoff CNN telekanalına müsahibəsində görüşün əsas mövzusunun Ukrayna münaqişəsinin həlli yolları olduğunu vurğulayıb.

"Mən prezident Putinlə görüşdüm, görüş təxminən üç-dörd saat çəkdi. Bu, müsbət və həll yollarına əsaslanan bir müzakirə idi" – deyə o bildirib.