BAKI, 16 mart. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah və 18 mart tarixlərində Cenevrədə təşkil olunacaq Kipr mövzusunda geniş formatlı qeyri-rəsmi toplantıda iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu görüş nə əvvəlki müzakirə proseslərinin davamı, nə də yeni bir müzakirə mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Görüşün əsas məqsədi Kipr məsələsinin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaqdır.

BMT Baş katibi Antonio Quterreşin himayəsində keçiriləcək görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, Cənubi Kipr Yunan Administrasiyasının lideri Nikos Xristodulidis, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis,Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Stefan Dauti iştirak edəcək.

Qeyd edək ki, Hakan Fidan 8-9 yanvar tarixlərində Şimali Kipr Türk Cümhuriyyəti səfərdə olub O, Prezident Ersin Tatar və Baş nazir Ünal Üstəl ilə görüşüb.